YAP Pirallahı rayon təşkilatının şura iclası keçirilib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının şura iclası keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov iclasın gündəliyi barədə məlumat verib.
İclasda 28 May-Respublika Günü və 15 iyun-Milli Qurtuluş Günü münasibətilə ərazi ilk partiya təşkilatlarında tədbirlərin keçirilməsi, ərazi ilk partiya təşkilatlarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Şura iclasında, həmçinin YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub. Hikmət Şikarov qeyd edib ki, hər bir xalqın gələcəyinin təmini üçün onun sağlam gəncliyin olması vacib şərtdir. Ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan bəhs edən H.Şikarov bildirib ki, bu gün Azərbaycanda vətənpərvər, fəal, sağlam düşüncəli, savadlı gənc nəsil formalaşıb.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.