YAP TOVUZ RAYON TƏŞKİLATININNÖVBƏTİ KONFRANSI KEÇİRİLMİŞDİR
Nümayəndələr əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsinin önünə əklil və tər çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Konfransda YAP Tovuz rayon təşkilatının sədri Bəhruzər Rüstəmov hesabat məruzəsi ilə çıxış etmiş və məlumat vermişdir ki, təşkilatın 4 min 369 üzvü vardır. Hesabat dövründə partiyadaxili intizamın möhkəmləndirilməsinə, nizamnamə tələblərinə əməl edilməsinə ciddi yanaşılmış, partiyanın III qurultayının qərarlarının və İcra Katibliyinin tövsiyələrinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülmüş, siyasi-təşkilati işlərdə xeyli canlanma yaranmış, şuranın 12, idarə heyətinin isə 35 iclası keçirilmişdir.
Sədrin hesabat məruzəsi ətrafında müzakirələrdə mərkəzi rayon xəstəxanası ərazi təşkilatının sədri Xanlar Abdiyev, YAP rayon təşkilatı gənclər birliyinin sədri Eldəniz Vəliyev, Girzan kənd orta məktəbi ərazi təşkilatının sədri Səlhəddin Bayramov və başqaları çıxış etmiş, təşkilatın ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş saymışlar.
Bəhruzər Rüstəmov yenidən təşkilatın sədri, 49 nəfər şuranın, 11 nəfər idarə heyətinin, 9 nəfər nəzarət təftiş qrupunun üzvü seçilmişlər.
YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin Deputatları Məlahət Həsənova və Musa Quliyev konfransda iştirak və çıxış etmişlər.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.