Yaponiya Biznes Assosiasiyası şirkətləri sənaye üçün maskaları təhvil verməyə çağırır
Tokio, 14 aprel, AZƏRTAC
Yaponiya Biznes Assosiasiyası və ya Keydanren üzv şirkətlərə müraciət edərək onları tibbi məqsədlər üçün istifadə oluna biləcək sənaye maskalarını qaytarmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Kaydanren hökumətin sorğusuna cavab olaraq sayı təqribən 1400-ə çatan üzvlərinə müraciət edib. Qeyd edək ki, hazırda koronavirusun yayılması ilə əlaqədar Yaponiyada tibb işçilərinin müdafiəsi üçün kəskin tibbi maska çatışmazlığı hiss edilir.
Üzv şirkətlərə müraciət edən Keydanren onlardan ehtiyatda saxladıqları təkrar istifadə üçün yararlı N95 və DS2 maskalarını təqdim etməyə çağırıb. Həmin maskalardan, əsasən sənaye müəssislərində və tikintidə işçiləri tozdan qorumaq üçün istifadə edirlər.
Bundan əlavə şirkətlərdən tozdan qoruyan geyim və müdafiə eynəklərini təhvil vermək də xahiş olunur.
Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin və yerli administrasiyaların verdiyi məlumatlara əsasən, ölkədə son sutka ərzində koronavirusa yoluxanların sayı 8400 nəfərə çatıb. Onlardan 155-nin öldüyü qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]