Yaponiya Şimali Koreyanın nüvə silahının ləğvi üçün əməkdaşlığı davam etdirəcək
Tokio, 26 avqust, AZƏRTAC
Yaponiya Koreya yarımadasında nüvə silahının ləğvi üçün beynəlxalq ictimaiyyətlə, o cümlədən Rusiya və Çin ilə fəal əməkdaşlığı davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa avqustun 26-da keçirilən ənənəvi mətbuat konfransında deyib.
“Biz Koreya yarımadasında nüvə silahının ləğvi üçün Yaponiya-ABŞ əməkdaşlığını, həmçinin Yaponiya-ABŞ-Cənubi Koreya üçtərəfli iş birliyini, o cümlədən beynəlxalq ictimaiyyətlə, ilk növbədə, Rusiya və Çin ilə əməkdaşlığı davam etdirəcəyik”, - deyə Y.Suqa vurğulayıb. Baş katib, həmçinin qeyd edib ki, G7 sammitinin keçirildiyi Biarritsdə bazar günü Yaponiyanın Baş Naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın raket-nüvə proqramı və bu ölkənin kəşfiyyat orqanları tərəfindən oğurlanmış yaponlarla əlaqədar sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Biarritsdə G7 sammiti Pxenyanın növbəti raket sınağı fonunda işə başlayıb. Bu, son ay yarımda Şimali Koreyanın yaxın məsafəli yeddinci ballistik raket sınağıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [19:17]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:12]
Zelenski ilə Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [18:34]
İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib
- 14.06.2026 [15:49]
Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq
- 14.06.2026 [15:40]
Ebola virusu Konqoda sürətlə yayılır
- 14.06.2026 [15:14]
Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb
- 14.06.2026 [14:32]
Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [21:11]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [20:36]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [20:21]
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub
- 13.06.2026 [20:16]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [20:00]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [19:59]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:19]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:13]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [19:05]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [18:54]