Yaponiya və Hindistan arasında iqtisadi əməkdaşlıq genişlənir
Tokio, 30 mart, AZƏRTAC
Yaponiyanın və Hindistanın xarici işlər nazirləri Hind-Sakit okean regionunun inkişafı ilə əlaqədar əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Taro Kono Tokioda keçirilən görüşdə hindistanlı həmkarına Yaponiyanın Hindistana 1 milyard 400 milyon dollar məbləğində kredit verəcəyini deyib.
Həmin vəsaitin Mumbayda metro sistemi də daxil olmaqla bir neçə layihəyə sərf olunacağı bildirilir. Əldə olunan razılaşmaya əsasən, tərəflər digər infrastrukturların, o cümlədən limanların və sürətli qatar xətlərinin yaxşılaşdırılması üçün də əməkdaşlıq edəcəklər.
Bu məbləğ də daxil olmaqla 2017-ci maliyyə ilində Yaponiyanın Hindistana vəd etdiyi kreditin ümumi məbləği 3 milyard 600 milyon dollar təşkil edəcək. Bu, iki ölkə arasında tarixdə ən böyük kredit mübadiləsidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]