Yardımlıda Zəfər Günü ilə bağlı keçirilən aksiyada 400 ağac əkilib
Yardımlı, 9 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Masallı-Yardımlı avtomobil yolunun 46-cı kilometirliyində 400 ədəd akasiya, ağcaqayın və göyrüş ağacı əkilib.