Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yaşıl ASAN” proqramı xüsusi karantin rejimi dövründə fəaliyyətini onlayn şəkildə davam etdirir

“Yaşıl ASAN” proqramı xüsusi karantin rejimi dövründə fəaliyyətini onlayn şəkildə davam etdirir

Bakı, 4 may, AZƏRTAC 

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 5 il əvvəl ASAN könüllülük hərəkatında ekoloji təşəbbüsün təsis edilməsi üçün bir addım atdı. “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən könüllülərə, yaradıcı gənclərə hər zaman dəstək göstərir və onların şəxsi inkişafı üçün şərait yaradır. Bu imkanlardan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ekoloji sahədəki fəaliyyətindən həvəslənən bir qrup ASAN könüllüsü 2015-ci il mayın 1-də “Yaşıl ASAN” təşəbbüsünün yaradılması ideyasını irəli sürdülər. İlkin olaraq fəaliyyəti kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq idi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və IDEA İctimai Birliyinin birgə həyata keçirdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsində “Yaşıl ASAN” təşəbbüsü də aktiv iştirak edib. Bakı şəhərində və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin istifadəyə yararsız kağızların qəbul məntəqələri yaradılıb və Bakı, Bərdə, Sumqayıt, Sabirabad şəhərlərində keçirilən “Yaşıl Dağ” aksiyası çərçivəsində 200 tona yaxın kağız tullantısı toplanıb və bununla da 3400 ağacın kəsilməsinin qarşısı alınıb.

2015-ci ildən başlayaraq “Yaşıl ASAN” təşəbbüsü Beynəlxalq Sahilyanı Təmizlik Gününün qeyd olunması çərçivəsində Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsi aksiyasına başlayıb və hər il bu aksiyada yüzlərlə ASAN könüllüsü aktiv iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin İnsan resursları və təlim şöbəsinin könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi, “Yaşıl ASAN” ekoloji proqramının rəhbəri Səkinə Həsənova proqramın 5 il ərzində keçdiyi yol haqqında məlumat verərkən deyib.

“2016-cı ildən başlayaraq Bakı şəhərində və “ASAN xidmət” mərkəzlərinin olduğu regionlarda ekoloji müvəkkillər institutu yaradılıb, çoxsaylı layihə və tədbirlər keçirilib. Bunun nəticəsi olaraq həmin təşəbbüs bu gün “ASAN Könüllülük” Məktəbinin ekoloji proqramına çevrilib. Proqramın üç əsas məqsədi var. Bunlar ekoloji maarifləndirmə, ətraf mühitin mühafizəsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır. Bu illər ərzində “Yaşıl ASAN” komandası böyüyür və yüzlərlə gənci əhatə edir. Aktiv komanda üzvlərində təşkilatçılıq bacarıqları inkişaf edir, ən əsası da dostluq, birlik və komanda uğuru prinsiplərinə uyğun fəaliyyət göstərir. Bunun nəticəsində ekoloji və müxtəlif sahələrin sintezi ilə 300-dən çox yaşıl təfəkkürün məktəblilərdə və vətəndaşlarda formalaşması üçün ekoloji maarifləndirici tədbirlər, ağacəkmə aksiyaları, veloyürüşlər, yoqa və digər idman fəaliyyətləri həyata keçirilib, ümumilikdə, bu layihələrdən on minlərlə insan faydalanıb.

Bir sıra uğurlu layihələri də qeyd etmək istərdim. Bunlar “Sahibsiz heyvanlara qayğı göstərək!” aksiyası, məqsədi ətraf mühitə ən az zərər verəcək şəkildə binaların inşa edilməsi olan “Eko-memarlıq” layihəsi, işğal altında olan Dağlıq Qarabağ torpaqlarının ekoloji problemləri ilə gənclərin tanışlığını hədəfləyən “Dağlıq Qarabağa Doğru” ekoloji layihəsi, Füzuli rayonunun Horadiz şəhərində məktəblilərlə görüş və ağacəkmə aksiyası, minlərlə vətəndaşın qoşulduğu o cümlədən piknik mədəniyyətinin formalaşmasını təbliğ edən Bakı Piknik Festivalı və digər layihələrin adını çəkmək olar”, - deyə S.Həsənova diqqətə çatdırıb.

Onun sözlərinə görə, proqramın əsas hədəflərindən biri ekoloji layihələrin idarəedilməsi sahəsində könüllülərdə ilkin bacarıqların formalaşdırmaqdır. Eyni zamanda, ekologiya ilə mədəniyyət, memarlıq və iqtisadiyyatyönümlü layihələrin irəli sürülməsidir. Belə layihələrdən biri “Yaşıl İncəsənət” layihəsidir ki, gənc rəssamlar tərəfindən sevilir və mütəmadi olaraq gənclər əl işlərini sərgi müsabiqəsi üçün hazırlayırlar. Layihənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələrinə, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir. Rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra 3 ən yaxşı müəllif rəssam xüsusi diplom və pul mükafatları ilə təltif olunur.

Agentliyin nümayəndəsi qeyd edib ki, 2017-ci ildən başlayaraq ilk dəfə Azərbaycanda ekoloji könüllülük fəaliyyətinə “ASAN könüllülük” məktəbinin “Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində əcnəbi gənclər də cəlb olunurlar. 2017-2019-ci illər ərzində Proqramda Böyük Britaniya, Serbiya, Niderland, Pakistan, Çin, Hindistandan, Qazaxıstan, Türkiyə, Əlcəzair, Tailand, Honkonq, Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan və Gürcüstan kimi ölkələrdən əcnəbi gənclər iştirak edib. Ümumilikdə, bu illər ərzində 34 əcnəbi gənc ASAN könüllüsü adını qazanıb.

O, həmçinin deyib: “Hər il dünyada milyonlarla insan bir araya gələrək hamının diqqətinin iqlim dəyişikliyi probleminə yönəldilməsi məqsədilə bir saatlıq işıqları və digər həyat üçün vacib olmayan elektrik qurğularını söndürməyə çağıran “Yer Saatı” aksiyasına qoşulur. İlk dəfə proqram 2015-ci ildə bu aksiyaya qoşulub. Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edir. Bu il ölkəmizdə xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, Azərbaycan üzrə Beynəlxalq “Yer saatı” kampaniyasının rəsmi koordinatoru olan IDEA İctimai Birliyi tərəfindən bu günün qeyd olunmasına dair çağırış olunub. Bu çağırışa dəstək verərək “Yaşıl ASAN” ekoloji proqramı aksiyaya qoşulub və 200-dən çox ASAN könüllüsü evdə işıqları bir saat söndürməklə çağırışa qoşulub. Bu da könüllü fəaliyyətinin ölkəmizdə yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib.

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan edib. Bu, könüllülərə və könüllü təşkilatlara verilən böyük qiymət və dəyərdir. Bu il məsuliyyətli ildir və biz keçən illərdən daha çox çalışmalıyıq. “Könüllülər ili”ndə ölkəmiz üçün faydalı və gənclərin inkişafına töhfə verəcək uğurlu layihələrin həyata keçirilməsi planlaşdırılıb.

Ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışına sadiq olaraq “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramının Bakı şəhərində və regionlarda yaşayan könüllüləri xüsusi karantin rejiminin başladığı gündən sosial şəbəkələrdə “#EVDƏQALTƏBİƏTİQORU” haştaqı ilə 100-dən çox maarifləndirici postlar paylaşıb. Sahibsiz heyvanlara qayğı göstərmək məqsədilə vətəndaşların yaşadıqları bina və evlərin qarşısında bir ovuc yem və su qabları yerləşdirməyə çağırıb. Həmçinin könüllülər tərəfindən evdə tullantı materiallardan istifadə edərək sanitayzerlərin hazırlanması ilə bağlı maraqlı videoçarxlar çəkilib paylaşılıb. Mütəmadi olaraq onlayn maarifləndirici görüşlər keçirilir. Xüsusi karantin rejimi elan edildikdən sonra müxtəlif sosial şəbəkələr üzərindən və videogörüşlər vasitəsilə 59 ekoloji maarifləndirici tədbir keçirilib və 694 nəfər birbaşa maariflənib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb