YAXIN GÜNLƏRDƏ BAKIDA ELEKTRON TƏRƏZİNİN KÜTLƏVİ İSTEHSALINA BAŞLANACAQDIR
Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin sifarişi ilə Bakı Radioquraşdırma İstehsalat Birliyində yaxın günlərdə müxtəlif modifikasiyalı elektron tərəzilərin kütləvi buraxılışına başlanılacaqdır.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, “ATT-01” markalı elektron tərəzi sınaqdan uğurla çıxmışdır. Bu tərəzi Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qoyduğu texniki şərtləri tam ödəməklə yanaşı, respublikamıza kənardan gətirilən belə avadanlıqdan bir sıra parametrlərinə görə üstündür. Əvvəla, qiyməti ucuzdur. İkincisi, çəkisi (maksimum hədd 15 kiloqram) azdır. Ən əsası isə bu tərəzi müştərini aldatmaq niyyətinə düşən satıcının pərsəng düzəltmək cəhdini tamamilə mümkünsüz edən yüksək qorunma dərəcəsinə malikdir.
Birlikdə tezliklə cib mizanlarından başlayaraq, böyük həcmli (yükli avtomobillərin çəkilməsi üçün) müxtəlif modelli elektron tərəzilərin layihələndirilməsi və kütləvi istehsalı da nəzərdə tutulmuşdur.
Elektron tərəzilərə texniki xidmət göstərilməsi üçün respublikanın bütün bölgələrində servis mərkəzləri yaradılacaqdır. Bölgələrdən göndərilən mütəxəssislər Radioquraşdırma İstehsalat Birliyində müvafiq kurs keçdikdən sonra həmin mərkəzlərdə işlər təmin ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
- 17.10.2026 [12:26]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]