Yazıçı Çingiz Abdullayevlə görüş
Bakı, 1 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın oxucuları Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə yazıçı həyat və yaradıcılığından, əsərlərinin qəhrəmanlarından və onların taleyindən geniş söhbət açıb. O, müasir dövrün sosial problemlərindən, gənc nəslin tərbiyəsindən, milli-mənəvi dəyərlərdən də danışıb. Görüşdə, həmçinin Çingiz Abdullayev oxucularının, ictimaiyyət və KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
Sonda Xalq yazıçısı oxuculara avtoqraflar verib və onlarla birgə fotoşəkillər çəkdirib.
Görüşdən fraqmentlər kitabxananın “Youtube” kanalında yerləşdirilib.