YENİ AVTOVAĞZALDA SƏRNİŞİNLƏRİN RAHATLIĞI ÜÇÜN LAZIMİ ŞƏRAİT VAR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev sentybarın 19-da Balakəndə yeni avtovağzal binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən rəmzi lenti kəsdi və avtovağzalla tanış oldu.
Şəhərin Heydər Əliyev prospektində yerləşən yeni avtovağzal binasının tikintisinə 2007-ci ilin iyununda başlanmışdır. Tikinti işlərinə 200 min manat vəsait xərclənmiş binanın ümumi sahəsi 1100 kvadratmetrdir. Gün ərzində 500 sərnişinə xidmət göstərəcək yeni avtovağzal binasında gözləmə salonu, kassa, ana və uşaq otaqları, yeməkxana və digər xidməti otaqlar vardır. Burada 25 nəfər işlə təmin ediləcəkdir.
Prezident İlham Əliyev kassa otaqlarına baxdı, avtobusların hərəkət cədvəli ilə tanış oldu.
######
