YENİ AZƏRBAYCAN PARTİYASININ QƏRARGAHINDA GÖRÜŞ
Görüşdə Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti, inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.
Ölkələrimiz arasında yaranmış əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirən səfir demişdir ki, insan hüquqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən uğurlu islahatlar beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına təsir edən başlıca amildir.
Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatda rolu və siyasi mühitdə cərəyan edən proseslər barədə məlumat verən Ə.Əhmədov, ölkəmizdə demokratikləşmə sahəsində ciddi uğurların əldə edilməsinə baxmayaraq, Dağlıq Qarabağ probleminin bütövlükdə cəmiyyətin inkişafına ciddi maneə yaratdığını qonağın nəzərinə çatdırmışdır.
Fransa səfiri ölkəsinin, ATƏT-in Minsk qrupunun həmsədri kimi, heç bir gizli məqsəd güdmədiyini və rəsmi Parisin problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə ciddi səylər göstərdiyini, bu istiqamətdə mövqeyinin qəti olduğunu vurğulamışdır.
Görüşdə, həmçinin 2006-cı il mayın 13-də Milli Məclisə keçirilən təkrar seçkilər və bu ilin oktyabrında keçiriləcək bələdiyyə seçkiləri barədə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]