Yeni klinikada Doğum şöbəsi fəaliyyətə başladı
Bakı, 6 noyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni klinikada Doğum şöbəsi fəaliyyətə başlayıb.
Klinikadan AZƏRTAC-a bildirilib ki, şöbədə artıq 2 noyabr tarixində icbari tibbi sığortanın xidmətlər zərfi daxilində ilk qeysəriyyə əməliyyatı həyata keçirilib. Otuz doqquzuncu həftəsində dünyaya gələn körpə və ana artıq evə yazılıb.
Üç doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbə hamilə pasiyentlərin qəbuluna başlayıb.
Bildirilib ki, 2022-ci il iyunun 6-dan icbari tibbi sığortanın tətbiq edildiyi Yeni klinikaya hər bir Azərbaycan Respublikasının vətəndaşı müraciət edərək xidmətlər zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən yararlana bilərlər.