Yeni nəşr: “Ümummilli Lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi”
Bakı, 4 may, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Ümummilli Lider Heydər Əliyev - Hüseyn Cavid irsinin böyük hamisi” monoqrafiyası nəşr olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Kitab Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar çap etdirilib.
Nəşrdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün nəşinin uzaq Sibirdən gətirilməsi, mənəvi bəraət alması, ev-muzeyinin təşkili, yubileylərinin dövlət səviyyəsində qeyd olunması və s. barədə məlumat verilib.
Muzeyin Elmi şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyi, elmi redaktoru M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]