YENİ RABİTƏ XİDMƏTİ TƏQDİM OLUNMUŞDUR
Layihənin müəllifi, AvirTEL şirkətinin direktoru İsmayıl Şabani yeni xidmət növü haqqında məlumat verərək bildirmişdir ki, bütün dünyada çoxsaylı biznes subyektləri tərəfindən uğurla dəstəklənən TOLL FREE vasitəsilə abunəçi heç bir haqq ödəmədən respublikamızın istənilən yerindən istənilən müəssisə, təşkilat, eləcə də fərdi şəxslərlə əlaqə yarada bilər. Xidmətin əsas xüsusiyyətlərindən biri onun “hərəkət edən” olmasıdır. Hər bir şəxs ünvanını dəyişdikdə belə, onun TOLL FREE nömrəsi dəyişməz qalır ki, bu da qırılmaz əlaqə yaratmağa imkan verir.
Azərbaycanın bütün ərazisindən hər bir abonent ev, ofis və mobil telefonu vasitəsilə 088 TOLL FREE-dən istifadə edə bilər. Bunun üçün 088 nömrəsi və telefon aparatının düymələrinin üzərində yazılmış hərflərdən istifadə etməklə axtarılan şirkətin, obyektin kodlaşdırılmış yeddi hərfli adını yazmaqla 24 saat ərzində bu xidmətdən yararlanmaq mümkündür. Bu zaman xidmət haqqını zəng vuran deyil, zəng edilən ödəyir.
Sonda təqdimatçılar suallara cavab vermişlər.