YER KÜRƏSİNİN İRİ ASTEROİDLƏ TOQQUŞMA EHTİMALI OLDUQCA CÜZİDİR
Yer kürəsinin planetdə bütün canlıları məhv edə biləcək iri asteroidlə toqquşma ehtimalı olduqca cüzidir: bu, yalnız 700 min ildə bir dəfə baş verə bilər. 8 il ərzində yer kürəsinin meteorit “atəşinə” tutulduğu bütün halları araşdıran ABŞ və Kanada alimləri bu nəticəyə gəlmişlər. Onların tədqiqat işlərininin nəticələri “Neyçur” jurnalının sonuncu nömrəsində dərc olunmuşdur.
Alimlərin fikrincə, hətta 200-300 ildə bir dəfə planeti labüd təhlükələrin gözləməsi qorxusu həddən artıq şişirdilmişdir. Qərbi Ontario universitetinin professoru Piter Braun jurnala verdiyi müsahibədə demişdir: “Biz hesablamışıq ki, belə hadisə min ildən tez baş verə bilməz”.
Səkkiz illik müşahidələr göstərmişdir ki, meteoritlərin çoxu Yer səthinə çatmamış atmosferdə yanır. İTAR-TASS-ın verdiyi xəbərə görə bütün bu dövr ərzində 300 belə hadisə qeydə alınmış, meteoritlərin diametri isə 10 metrdən artıq olmamışdır.
Alimlər sonuncu dəfə bu ilin iyul ayında, diametri iki kilometr olan asteroidin yaxın 17 ildə Yer kürəsi ilə toqquşma qorxusu meydana çıxanda həyəcan təbili vurmuşlar. Sonradan aparılan daha dəqiq hesablamalar göstərdi ki, asteorid Yerin yanından ötüb keçəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]