Yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün “Liderlik” mövzusunda təlim təşkil olunub
Bakı, 11 avqust, AZƏRTAC
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunu tərəfindən rayon (şəhər) təhsil şöbələrinin əməkdaşlarına onlayn təlim keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün keçirilən onlayn təlim “Liderlik” mövzusuna həsr edilib. Təlimçi sözügedən proqram çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində təhsil elmləri ixtisası üzrə magistratura təhsili almış Samirə Həsənzadə olub.
Təlimdə liderliyin əsas xüsusiyyətləri, lider ilə idarəçi arasındakı fərq, liderliyin müxtəlif tərzləri və digər məsələlərə dair məlumatlar paylaşılıb.