Yevlaxda pediatrlar üçün səyyar distant kurs təşkil edilib
Bakı, 2 mart, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası Yevlaxda təşkil etdiyi səyyar distant kurs başa çatıb.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursda, Gəncə və Mingəçevir şəhərlərindən, Yevlax, Tərtər, Ağdaş və Goranboy rayonlarından 84 həkim-pediatr iştirak edib.
Kursa nəzarət etmək və həkimlərlə praktiki məşğələlər aparmaq üçün pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və assistent Nərgiz Feyzullayeva cəlb olunublar.