YUBİLEY TOPLANTISI KEÇİRİLMİŞDİR
YAP Astara rayon təşkilatının sədri Ə.Həmzəyev “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzə etmişdir.
Toplantıda çıxış edənlər partiyanın yaranma tarixindən, 11 il ərzində keçdiyi şanlı və şərəfli yoldan, onun müstəqil Azərbaycanın ictimai və siyasi həyatındakı rolundan, partiyanın memarı və qurucusu cənab Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açmışlar. Natiqlər məhz Heydər Əliyevin parlaq zəkası və gərgin əməyi nəticəsində ölkəmizdə sabitliyin və inkişafın dönməz xarakter aldığını fərəh hissi ilə vurğulamışlar. Qeyd olunmuşdur ki, öz sıralarında 4 minə yaxın üzvü birləşdirən YAP Astara rayon təşkilatının 15 oktyabr Prezident seçkilərində xüsusi fəallığının nəticəsi kimi səsvermədə iştirak edən seçicilərin 87,23 faizi cənab İlham Əliyevə səs vermişlər. Natiqlər prezident seçkilərində YAP sədrinin birinci müavini cənab İlham Əliyevin parlaq qələbəsini Heydər Əliyev siyasi xəttinin təntənəsi kimi dəyərləndirmişlər. Toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbir rayon mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Teatr sənətinin vurğunu
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]