YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ AZƏRBAYCAN PƏHLƏVANLARI VƏTƏNƏ 6 MEDALLA QAYITMIŞLAR
Bakı, 26 oktyabr (AZƏRTAC). İstanbulda gənclər arasında yunan-Roma güləşi üzrə keçirilmiş beynəlxalq turnir başa çatmışdır. Turnir pəhləvanlarımızın uğurlu çıxışı ilə yadda qalmışdır.
Mübarizənin ilk günündə 3 medal (2 qızıl, 1 bürünc) qazanmış pəhləvanlarımız, müvəffəqiyyəti növbəti günlərdə də davam etdirmişlər. Oktyabrın 24-də 120 kq çəkidə mübarizə aparmış Zaur Mehrəliyev fəxri kürsünün 3-cü pilləsinə yüksəlmiş və bürünc mükafata yiyələnmişdir.
Turnirin sonuncu günündə xalça üzərinə çıxan Orxan Paşayev (60 kq) və Şəhriyar Məmmədov (84 kq) qızıl medal qazanmaqla komandamızın medallarının sayını 6-ya çatdırmışlar. Bu nəticə ilə Azərbaycan millisi ev sahiblərindən sonra komanda hesabında 2-ci yeri tutmuşdur.
Turnirin ilk günündə Eldəniz Əzizli (50 kq) və Rəsul Cunayev (66 kq) qızıl, Toğrul Yunisli (66 kq) bürünc medala sahib olmuşlar.
Gənc yunan-Roma güləşçilərimiz Türkiyədə məşqçilər İlqar Abdulov və Zöhrab Abbasovun rəhbərliyi ilə yarışmışlar. Hakimlər briqadasında ölkəmizi beynəlxalq dərəcəli referi Hüseynağa Əhmədov təmsil etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]