Yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb
Qazax, 13 mart, AZƏRTAC
"Qazax İdman paytaxtı 2026" çərçivəsində Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, U15 ölkə birinciliyində 2011-2012-ci il təvəllüdlü oğlanlar mübarizə aparıb.
Ölkə birinciliyində I, II, III yerləri tutmuş idmançılar təltif ediliblər. Qalib idmançılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Müxbir-Ruslan Novruzoğlu