DÜNYA
Yunanıstan parlamentində deputatların çoxu hökumətə etimad səsini verdi
![Yunanıstan parlamentində deputatların çoxu hökumətə etimad səsini verdi](/files/2013/3/1200x630/1407145120234368369_1200x630.jpg)
Buxarest, 11 noyabr (AZƏRTAC). Yunanıstan parlamentində noyabrın 10-dan 11-nə keçən gecə müxalifət partiyası Syrizanın qaldırdığı hökumətə qarşı etimadsızlıq məsələsi ilə bağlı səsvermə baş tutmuşdur. Səsvermə nəticəsində deputatların çoxu ölkə hökumətinə etimad səsini verdi. Hökumətə etimad səsinin verilməsinin lehinə 153 deputat, əleyhinə isə 124 deputat səs vermişdir. Yunanıstanın Baş naziri Antonis Samaras bildirmişdir ki, hökumət istefaya getməyə hazırlaşmır və yeni parlament seçkiləri 2016-cı ildə indiki hökumətin mandatı bitdikdən sonra baş tutacaqdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:42]
Hindistanda dini yığıncaq zamanı yaranan izdihamda 27 nəfər ölüb
- 02.07.2024 [15:43]
Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub
- 02.07.2024 [15:41]
Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək
- 02.07.2024 [15:30]
Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO
- 02.07.2024 [15:25]
Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb
- 02.07.2024 [14:47]