ZAQATALA RAYONU
DAXİLİ QOŞUNLARIN ZAQATALADAKI “N” HƏRBİ HİSSƏSİNİN YENİ BİNASININ TİKİNTİSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonuna səfərini başa çatdıraraq Zaqatala rayonuna gəlmişdir.
Dövlətimizin başçısı, Ali baş komandan İlham Əliyev əvvəlcə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Zaqatala rayonu ərazisindəki “N” hərbi hissəsinin yeni binasının tikintisi ilə tanış oldu.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali baş komandana inşaat işlərinin gedişi barədə məruzə etdi.
######
