CƏMİYYƏT
Zaur Əliyev iyulun 22-də Bərdə və Tərtər sakinləri ilə görüşəcək
![Zaur Əliyev iyulun 22-də Bərdə və Tərtər sakinləri ilə görüşəcək](/files/2022/2/1200x630/1657264867420636148_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iyulun 22-də Bərdə və Tərtər rayon sakinləri ilə görüşəcək. Qəbul Bərdə şəhəri, Bakı küçəsi, 6 ünvanında yerləşən Bərdə rayon Mərkəzi Xəstəxanasının konfrans zalının 4-cü mərtəbəsində saat 10:00-da başlayacaq.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Bərdə və Tərtər rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların müraciətinin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya xahiş aydın ifadə edilməlidir. Qəbula qeydiyyat iyulun 21-i saat 18:00-da başa çatır.