CƏMİYYƏT
Zaur Əliyev sentyabrın 23-də Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edəcək
Bakı, 31 avqust, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2022-ci il sentyabrın 23-də Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Şəmkir rayonu, Bakı-Qazax magistralı yolunun 407-ci kilometrliyində yerləşən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında saat 10:00-da başlayacaq.
AZƏRTAC İcbari Tibbi Sığortanın rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Şəmkir və Gədəbəy rayon mərkəzi xəstəxanalarının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırılır ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.