Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü Azərbaycan xalqının Milli Qürur Günüdür ŞƏRH

Zəfər Günü Azərbaycan xalqının Milli Qürur Günüdür  ŞƏRH

Bakı, 27 sentyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 30 ildən çox düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli ruhumuzu özümüzə qaytardı. Beynəlxalq hüquqa, ədalətə inamımız itmiş, hər bir uğursuzluğa, nəticəsizliyə görə özümüzü qınayır, bir-birimizi ittiham edirdik. Əksəriyyət düşünürdü ki, erməni separatçıları 30 il ərzində Qarabağda dərin kök salıb, xaricdə güclü himayədarlar tapıblar və ən əsası keçilməz mühəndis-istehkam işləri qurmaqla Vətənimizin bir parçasını özlərinə ömürlük sığınacaq ediblər. Bu müddət ərzində erməni diasporu və Qərb dövlətləri Ermənistanı, Qarabağdakı separatçı rejimi ciddi və açıq şəkildə müdafiə edirdi. Azərbaycana təzyiq göstərirdilər ki, separatçılarla dil tapaq, kompromisə getməklə onların tələblərini yerinə yetirək. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın və Qərbin birlikdə həyata keçirdikləri bu çirkin siyasi oyunlara qarşı qətiyyətli, müstəqil, milli siyasi mövqe ortaya qoydu və ərazi bütövlüyü, suverenlik məsələsi danışıqlarda qırmızı xətt oldu. Ali Baş Komandan uzaqgörən siyasi gedişlər etməklə həm diplomatik, həm də hərbi müstəvidə Qarabağın azadlığı üçün bütün istiqamətlərdə fəaliyyəti gücləndirdi. Ən əsası ordu quruculuğu işləri sürətləndirildi, peşəkar hərbi birləşmələr yaradıldı. Vətənpərvərlik ruhunda böyüyən gənclər hərb peşələrinə üz tutdular. Silahlı Qüvvələr üçün ən müasir silahlar alındı, hərbi hissələrin maddi-texniki bazası bir neçə dəfə gücləndirildi. Hərbçilərimiz Türkiyədə, Pakistanda, Çində, MDB çərçivəsində bir sıra ölkələrdə təlimlər keçdilər. 2016-cı ilin Aprel döyüşləri yeni bir yolda ciddi sınaq nöqtəsi oldu. Bəzi yüksəkliklərin tutulması, Qarabağa gedən yolların təmizlənməsi böyük ümid verdi, gücümüzü, əzmimizi, birliyimizi, milli ruhumuzu artırdı. Bir “Nəyin nə zaman olacağı” məqam qalırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.

O bildirib ki, 2020-ci il sentyabrın 27-də Prezident İlham Əliyevin əmri ilə Ordumuz düşmən təxribatının qarşısını almaq, daha doğrusu, separatçıların bütün silahlı birləşmələrini məhv etmək üçün ildırımsürətli əməliyyatlar həyata keçirdi. Qırx dörd gün ərzində Azərbaycan torpaqlarının böyük bir hissəsi erməni işğalçılarından təmizləndi. Noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa azad edildi, üçrəngli Bayrağımız qədim şəhərimizdə dalğalandı. Alınmaz qala hesab olunan Şuşaya mərd oğullarımız piyada döyüşə-döyüşə, sıldırım qayalarla qalxaraq daxil oldular, əlbəyaxa dava ilə düşməni məhv etdilər. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun qarşısına qoyulan bir nömrəli missiya tamamlandı. Şuşaya nəzarət bütün Qarabağa nəzarət demək idi. Bunu başa düşən Ermənistan ordusu ağ bayraq qaldıraraq təslim oldu, baş nazir Nikol Paşinyan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Özünün də qeyd etdiyi kimi, 10 noyabr üçtərəfli Bəyanatına imza atmasaydı, Qarabağdakı bütün erməni silahlıları mühasirəyə düşüb məhv ediləcəkdi. Tarixi Zəfər Azərbaycanın suverenliyə gedən yolunu açdı. Ağdam, Kəlbəcər, Laçın döyüşsüz Azərbaycana təhvil verildi. 2023-cü ilin aprelində Ermənistanla şərti sərhəddə - Laçında keçid məntəqəsi qoyduq. Ermənistandan Qarabağa silah-sursat daşınmasının, digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısını aldıq. Separatçı rejimin tör-töküntüləri təxribatlara ara vermirdilər. Onlar Xankəndidə referendum, seçkilər keçirirdi, əraziləri minalayırdılar, terror aktları həyata keçirirdilər. Azərbaycan dövləti revanşist qüvvələrin bu cinayətlərinə sonsuza qədər dözmək niyyətində deyildi. Nəhayət 2023-cü il sentyabrın 19-da Ordumuz antiterror tədbirləri həyata keçirərək bütün Qarabağı separatçılardan təmizlədi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror tədbirləri cəmi 23 saat davam etdi. Sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Ordumuz qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma rejim özünü buraxdı, Azərbaycanı beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bununla da Azərbaycan üçün yeni dövr başlandı. Bu dövrün də öz siyasi tələbləri var.

“Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bu dövrün vacib mesajları sırasında hərbi qüdrətin və hərbi sənayenin vacib sahə olaraq gücləndirilməsi və inkişaf etdirilməsini, milli təhlükəsizliyin təmin olunması istiqamətində hər zaman xarici və daxili siyasətdə dönməzliyin və qətiyyətin, gənclərin tərbiyəsində milli ruhun, milli dəyərlərin qorunmasının, qərbin antimilli siyasətinə qarşı mübarizənin vacibliyini də xüsusi vurğuladı. Bəli, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Əldə etdiyimiz ərazi bütövlüyü və suverenliyi də qoruyub saxlamaq yeni dövr üçün qarşımızda duran ən vacib dövlət siyasətidir.

Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan tarixinə Dövlət Suverenliyi Günü kimi düşdü. Bundan sonra ölkəmizin tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si hər il Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqı, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Təbii ki, əldə etdiyimiz bütün bu uğurlara görə, qələbələrə görə şəhidlərimizə, qazilərimizə, qəhrəman hərbçilərimizə borcluyuq. Dövlətimiz və xalqımız hər zaman şəhidlərimizin xatirəsini uca tutur, qazilərimizə, hərbçilərimizə hərtərəfli qayğı göstərir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid oldu. Ölkə Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi təsis edilib. 27 sentyabr milli ruhumuzun, milli həmrəyliyimizin ortaya qoyulduğu şərəfli bir tarixdir. Xalqımız Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır”, - deyə M.Vəliyeva əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO