“Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və perspektivlər” kitabı çapdan çıxıb
Bakı, 14 noyabr, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və perspektivlər” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab “Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri”, “Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər” və “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr” kimi mövzuları əhatə edir. Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabın əsasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib.
Kitab geniş oxucu kütləsi və elmi tədqiqat aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektivlərini təhlil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]
Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO
- 13.06.2026 [08:05]