Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Şəmkirdə müayinə aksiyası keçirmişlər
Şəmkir, 10 may (AZƏRTAC). Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Şəmkirdə müayinə aksiyası keçirmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü şərəfinə həyata keçirilən aksiya zamanı 400 nəfərədək xəstə müayinə olunmuş, 29 xəstənin gözündə cərrahiyyə əməliyyatı aparılmışdır. Rayon sakinləri həkimlərdən Cəlil Həsənovun, Emil Hüseynovun və Fərhad Haqverdiyevin gün ərzində apardıqları müayinələrdən razı qaldıqlarını bildirmiş və bu xeyirxah iş üçün Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə minnətdarlıq etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]