“Şahdəniz-2”nin dərinsulu şərq-cənub cinahından hasilata başlanması ilin ikinci rübünə planlaşdırılır

04.02.2021 [11:37]
2020-ci il ərzində “Şahdəniz-2” layihəsi yatağın şərq-cənub cinahından təbii qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olub. Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, “İsrafil Hüseynov” borudüzən gəmisi hər biri ...

“Şahdəniz”dən ötən il 18,1 milyard kubmetr təbii qaz çıxarılıb

04.02.2021 [11:25]
2020-ci ildə “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 18,1 milyard standart kubmetr qaz və təqribən 3,6 milyon ton (29 milyon barrel) kondensat hasil edilib. Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib ...

OPEC-in növbəti iclaslarının vaxtı açıqlanıb

04.02.2021 [11:18]
OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 27-ci iclası martın 3-də keçiriləcək. AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, “OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) ...

Bu vaxtadək Bakı–Tbilisi–Ceyhan kəməri ilə 475 milyon tondan çox neft daşınıb

04.02.2021 [11:11]
2020-ci ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 27,8 milyon ton (211 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 278 tankerə yüklənib. “BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən ...

2020-ci ildə Səngəçal terminalından 239 milyon barrel neft və kondensat göndərilib

04.02.2021 [11:05]
Ötən il Səngəçal terminalı təqribən 239 milyon barrel neft və kondensat, o cümlədən 208 milyon barrel Bakı-Tbilisi-Ceyhanla (BTC) və 31 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib. “BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, keçən il terminaldan, həmçinin gündəlik orta hesabla ...

BP: “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə işlər qrafikə uyğun davam edir

04.02.2021 [11:04]
2023-cü ildə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə ilk hasilatı əldə etmək üçün həyata keçirilən işlər qrafikə uyğun davam edir. “BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə ...

SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirilib

04.02.2021 [10:56]
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılmış Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının ilk iclası keçirilib ...

“BP Azerbaijan” keçən il SOCAR-a 2,2 milyard kubmetr səmt qazı verib

04.02.2021 [10:51]
2020-ci ildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr ...

Ötən il “Azəri-Çıraq-Günəşli”də hasilat 175 milyon barrel olub

04.02.2021 [10:50]
2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 175 milyon barrel, yəni 23,6 milyon ton olub. “BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib ...

SOCAR-ın Kiyevdə daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb

04.02.2021 [10:41]
Ukraynanın paytaxtı Kiyevdə SOCAR şirkətinə məxsus yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb. Bu barədə AZƏRTAC-a məxsusi olaraq SOCAR-ın Ukraynadakı törəmə şirkəti ...

Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək

04.02.2021 [10:27]
Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar V-XI sinif şagirdləri üçün vebinar təşkil ediləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ...

Azərbaycan neftinin qiyməti 60 dollara çatır

04.02.2021 [10:25]
Azərbaycan neftinin qiyməti bahalaşır. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,03 dollar artaraq 59,51 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar ...

Neft qiymətləri bahalaşıb

04.02.2021 [09:59]
Dünya birjalarında neft qiymətləri bahalaşır. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar artaraq 58,82 dollar, Nyu-Yorkun NYMEX ...

“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 26-cı iclası keçirilir

03.02.2021 [18:29]
OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında 26-cı iclası keçirilir. AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül ...

Daha 3 nəqliyyat vasitəsi özəlləşdirilib

03.02.2021 [18:27]
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib. ƏMDX tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunur ...

OPEC-in Baş katibi: Cari ilin neft tələbatı baxımından yaxşı il olacağına ümid edirik

03.02.2021 [18:21]
Xam neft bazarı hazırda geri dönüşə keçib, 2021-ci ilin ümumi tələbat baxımından yaxşı bir il olacağına ümid edirik. AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib ...

Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 920 milyon manat olub

03.02.2021 [17:55]
Fevralın 3-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 920 milyon manat təşkil edib. AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, 28 günlük notlar üzrə son faiz dərəcəsi 5,76 faiz, 84 günlük notlar üzrə 5,68 faiz, 168 günlük notlar üzrə 5,75 faiz, 252 günlük notlar üzrə 6,21 faiz olub ...

Nazir: Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb

03.02.2021 [17:31]
Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığı azalıb. AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ...

Fevralın 4-nə USD/AZN rəsmi məzənnəsi

03.02.2021 [17:16]
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın fevralın 4-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub. ...