Məcnun Məmmədov: Kənd icmalarını gücləndirmək üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməliyik
Bakı, 25 sentyabr, AZƏRTAC
Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində kənd təsərrüfatının davamlı inkişafı, həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bunu təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda Regional İqlim Konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu təşəbbüsün əsas məqsədlərindən biri kənd icmalarını gücləndirmək, onları iqlim dəyişikliyinə qarşı daha davamlı etmək üçün FAO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməkdir: “Kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinin sadəcə regional deyil, həm də qlobal təsirlərinin olduğunu nəzərə alsaq, beynəlxalq əməkdaşlıq bizim üçün olduqca əhəmiyyətlidir”.