Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın iqtisadi potensialı Şenyanda beynəlxalq konfrans-sərgidə təqdim olunub VİDEO

Pekin, 6 iyul, AZƏRTAC

Çinin Liaonin vilayətinin inzibati mərkəzi olan Şenyan şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının “İnnovasiya inkişafı təşviq edir, əməkdaşlıq gələcəyi yaradır” mövzusunda 10-cu kiçik və orta sahibkarlıq texnologiyası beynəlxalq konfransı və sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, Çinin Kommersiya, Sənaye və İnformasiya Texnologiyaları nazirliklərinin, Liaonin vilayət hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə APEC-ə üzv olan tərəflər ilə yanaşı, bir neçə ölkə, o cümlədən Azərbaycan xüsusi dəvət olunmuş qonaq qismində iştirak edib. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanı sərgi-konfransda təmsil edib.

Tədbirin açılış mərasimində Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Van Cianpin, Lianon vilayətinin qubernatoru Tan İcün, nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

Tədbir çərçivəsində keçirilən sərgidə ayrı-ayrı ölkələr, regional təşkilatlar, iri korporasiyalar öz stendlərində müxtəlif məhsul və xidmətləri nümayiş etdiriblər.

Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə hazırlanan milli stendimizdə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar, əsasən şərab və spirtli içkilər, meyvə konservləri, mürəbbələr, bal, quru meyvələr, milli suvenirlər, xalça nümunələri nümayiş etdirilib.

Açılış mərasimində iştirak edən Çin rəsmiləri Azərbaycan stendi ilə tanış olublar. Onlara ölkəmizin hərtərəfli inkişafı, əlverişli biznes və sərmayə mühiti, sosial-iqtisadi nailiyyətləri, respublikamızın liderliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə məlumat verilib, çap materialları təqdim edilib. Bundan başqa, Azərbaycanın turizm potensialı, Bakıda və regionlarda müasir tələblərə cavab verən turizm mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib.

Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Van Cianpin tədbirdə iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Süleyman Mikayılov görüşdə ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit mühitdən bəhs edib.

İcra hakimiyyətinin başçısı Çinin müxtəlif şəhərlərindən sərgiyə qatılan istehsal müəssisələrinin nümayəndələri ilə görüşdə Azərbaycan hökumətinin xarici sahibkarlar üçün yaratdığı investisiya mühiti və güzəştlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər qazandığı nailiyyətlər, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı beynəlxalq təşkilatların hesabatında əksini tapmış faktlar, regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP neft-qaz kəmərləri, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. barədə məlumat verib. Qeyd olunub ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü iki ölkə, o cümlədən işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan özünün iqtisadi və nəqliyyat-logistika potensialı ilə “Bir kəmər, bir yol” strategiyası üçün əhəmiyyətli ölkədir. S.Mikayılov Çin iş adamlarını maraqlandıran sualları cavablandırıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Kommunist Partiyası Şenyan şəhər komitəsinin birinci katibi Yi Liənxun, Şenyan şəhərinin meri Cian Youvey və digər rəsmi şəxslərlə görüşlərində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan və Çin dövlət başçılarının iki ölkə arasında münasibətlərin genişləndirilməsi ilə bağlı qərarlarına uyğun olaraq müxtəlif dövlət qurumları müvafiq məsləhətləşmə və iş aparır. Bu istiqamətdə iki ölkənin bölgələri və şəhərləri arasında birbaşa əlaqələrin yaranması və inkişafı qarşılıqlı sərmayə qoyuluşunun çoxalmasına, birgə müəssisələrin yaradılmasına, üçüncü ölkələrin bazarlarına çıxışın təmin olunmasına imkan verəcək. Bu baxımdan Cənubi Qafqaz regionunda, Şərq və Qərbi, Şimal və Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin üzərində yerləşən Bakı şəhərinin və onun rayonlarının potensialından birgə istifadənin hər iki tərəf üçün səmərəli olacağı qeyd olunub.

S.Mikayılov Qaradağ haqqında məlumat verərək bildirib ki, əlverişli coğrafi mövqeyi, sənaye və nəqliyyat potensialı olan bu rayon xarici sərmayələrinin cəlb olunması, birgə istehsal sahələrinin yaradılması və yeni bazarlara birgə çıxışın təmin olunması istiqamətində Çin tərəfi, o cümlədən Şenyanda yerləşən şirkətlər ilə əməkdaşlığa maraqlıdır.

Qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, yaradılacaq azad ticarət zonasında əlavə dəyər yaradan istehsal və xidmətlərin, o cümlədən nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, neft-kimya, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrin qurulması nəzərdə tutulur. Ümumilikdə, azad ticarət zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiyanın cənub hissəsinin, Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı çoxşaxəli bazarlara xidmət göstərməsi planlaşdırılır.

S.Mikayılov Çin tərəfini azad ticarət zonasının imkanlarından istifadə etməyə dəvət edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Şenyan şəhərində yerləşən nüfuzlu müəssisələrə, o cümlədən “NEUSOFT” yüksək texnologiyalar şirkətinə, “Sinsun” robot istehsalı müəssisəsinə, kiçik ölçülü təyyarələrin, maşınqayırma və avadanlıq istehsalı ilə məşğul olan müəssisələrə baş çəkib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Azərbaycanın iqtisadi potensialı Şenyanda beynəlxalq konfrans-sərgidə təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib