Xaçmazda avtomobil dərəyə aşıb VİDEO
Xaçmaz, 14 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 14-ü Gəndov-Yalama avtomobil yolunun 18-ci kilometrliyində avtomobilin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Xaçmaz rayonunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı Hüseyn Aslanovun idarə etdiyi 17 BD 819 dövlət nömrə nişanlı “QAZ-3110” markalı” avtomobil yolun kənarındakı dərəyə aşıb.
Hadisə baş verən zaman H.Aslanov avtomobildə tək olub.
Qəza zamanı avtomobilə ciddi ziyan dəysə də, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.