SİYASƏT
Azərbaycan və Marşal Adaları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO
Nyu-York, 25 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət naziri Con Silk ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər Azərbaycan və Marşal Adaları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə məlumat mübadiləsi aparılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York