Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Könüllülər Yurdu - Azərbaycan” layihəsi başa çatıb VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Bakı Konqres Mərkəzində “Könüllülər Yurdu - Azərbaycan” layihəsinin bağlanış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova layihə haqqında məlumat verib. Təşkilatın sədri “Könüllülər Yurdu - Azərbaycan” layihəsinin məqsədinin region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaq olduğunu diqqətə çatdırıb.

O bildirib ki, üç ildir həyata keçirilən layihə çərçivəsində respublikanın 17 şəhər və rayonunda, ümumilikdə 51 bölgədən olan gənclər üçün könüllülüyün təbliği ilə bağlı maarifləndirmə işləri aparılıb: “Bu müddət ərzində 20 mindən çox insan könüllülük haqqında məlumatlandırılıb, 4 mindən artıq gənc isə layihənin iştirakçısı olub. Bu layihədən sonra 2500-dən çox gənc “ASAN Könüllüləri” sırasına qoşulmaq üçün müraciət edib. Statistikaya nəzər yetirsək, layihə iştirakçılarının sayının ilbəil artdığını görərik. Bu da könüllülük sahəsində görülən işlərin əbəs olmadığından və gənclərin bu fəaliyyətə marağının hər il artmasından xəbər verir. Layihə əsasən bölgələrdə həyata keçirilsə də, zərif cinsin nümayəndələrinin də fəal iştirakı bizi çox sevindirir. Belə ki, iştirakçıların 58 faizini kişi, 42 faizini isə qadınlar təşkil edir. İştirakçıların əksəriyyəti 18-25 yaş aralığında olan gənclərdir.

Ötən il layihə 15 şəhər və rayon olmaqla, ümumilikdə 45 regionu və 2500-ə yaxın gənci əhatə edib. Layihə hər bölgədə iki gün olmaqla təşkil edilib. Birinci gün müxtəlif mövzularda təlimlər, ikinci gün isə könüllülüyün əsas mahiyyətini izah edən sosial aksiyalar təşkil olunub. Təkcə son “Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində 15 müxtəlif sosial aksiya keçirilib. Ümumilikdə isə sosial layihələrin sayı 32-yə çatıb. Bunlar əsasən ekoloji, şəxsi inkişaf, insanlara yardım, sağlamlığın təbliği və vətənpərvərlik istiqamətlərini əhatə edib. Layihə çərçivəsində əsas hədəflərimizdən biri də təkcə gəncləri könüllülük barədə məlumatlandırmaq deyil, həm onların valideynlərini, həm də yaşından asılı olmayaraq hər kəsi bu fəaliyyətin faydalılığına inandırmaq və öz sıralarımıza daha çox insanı cəlb etməkdir”.

Sonra ötən il həyata keçirilən və 30 gün davam edən “Könüllülər Yurdu - Azərbaycan” layihəsindən bəhs edən videoçarx nümayiş olunub.

Layihənin fəal iştirakçısı Urfanə Əzimova çıxış edib, layihənin faydalarından və könüllülüyün gənclərə qazandırdığı müsbət dəyərlərdən danışıb.

“Könüllülər Yurdu - Azərbaycan” layihəsinin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev layihənin nəticələrinin uğurlu olduğunu bildirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə bu ilin “Könüllülər ili” elan olunduğunu diqqətə çatdıran agentliyin sədri könüllülüyün son dövrlərdə hərəkat halına gəldiyini və Azərbaycan gəncliyinin həyat tərzinə çevrildiyini qeyd edib. Ü.Mehdiyev bildirib ki, Prezident İlham Əliyev Davos Forumunda gənclərlə bağlı sualı cavablandırarkən Azərbaycan gəncliyinin könüllülər hərəkatında, startap biznesində olduğunu deyib, gənclərin hökumət məsələlərinə fəal cəlb olunduğunu qeyd edib.

“ASAN Könüllüləri də “ASAN xidmət”lə eyni vaxtda fəaliyyətə başlayıb və qısa müddətdə öz sıralarına xeyli sayda gənci cəlb edib. Bu vaxtadək 20 mindən çox gənc “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərib. Onların 1000-dən çoxu işlə təmin olunub. Könüllülərimizin əksəriyyəti tələbələrdir. Könüllülük fəaliyyəti onlara ali təhsillərini başa vurduqdan sonra seçəcəkləri peşə istiqamətində əlavə imkanlar qazandıracaq. Hazırda “Könüllülər ili” ilə bağlı Tədbirlər Planı hazırlanır. Dövlət qurumlarının bu illə bağlı xüsusi tədbirləri olacaq. Bu da gənclərimizə təcrübə qazanmaq, yeni fürsətlər əldə etmək üçün əlavə imkanlar yaradacaq”, - deyə Ü.Mehdiyev diqqətə çatdırıb.

Agentliyin sədri “ASAN Könüllülər” Təşkilatının bu günə qədər minlərlə gənci əhatə edən tədbirlər həyata keçirdiyini qeyd edib. O, həmin tədbirlərin, xüsusilə vətənpərvərliyin təbliği istiqamətində gerçəkləşdirilən layihələrin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin tapşırığına əsasən könüllülük hərəkatının genişlənməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, məhz bu siyasətin tərkib hissəsi olaraq 2020-ci ilin respublikamızda “Könüllülər ili” elan olunduğunu söyləyib. O, bu tədbirin “Könüllülər ili” çərçivəsində keçirilən ilk rəsmi tədbir olduğunu qeyd edib.

F.Cəfərov təmsil etdiyi qurumun ötən il könüllülüklə bağlı keçirdiyi tədbirlər haqqında məlumat verib: “Onlar arasında gənclərin, könüllülərin təşəbbüsü ilə irəli sürülmüş və cəmiyyətdə xüsusi əks-səda yaratmış “Şəhidimiz” kampaniyasını xüsusi qeyd etmək istərdim. Bu kampaniyada könüllülər cəmiyyətdə müsbət harmoniya, həmrəylik yarada bilən bir qüvvə kimi çıxış etdilər. Bununla yanaşı, ötən ilin sonlarında “ASAN xidmət”lə birgə böyük bir layihəyə imza atdıq. Ölkəmizdə ilk dəfə olaraq “Azərbaycan könüllülük həftəsi” təşkil olundu. Bir həftə ərzində könüllülərin dəstəyi ilə 100-dən artıq layihə və tədbir ərsəyə gəldi. Bu layihənin də yekunu olaraq ölkə başçısının müvafiq Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olundu. Həmin Sərəncamda “Azərbaycan könüllülük həftəsi”nin ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirdiyi qeyd olunub”.

Gənclər Fondunun icraçı direktoru könüllülük fəaliyyətinin gənclərə qazandırdığı faydalardan danışıb, könüllülərə uğurlar arzulayıb.

Sonra layihənin regionlarda təşkilində fəal iştirak edən şəxslər mükafatlandırılıblar.

“Könüllülər Yurdu - Azərbaycan” layihəsi başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib

Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün IV jurnalistika kursu fəaliyyətə başlayıb

Naxçıvanda avtomobil piyadanı vurub

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Kamandan oxatma üzrə Superkubok yarışı başa çatıb

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb VİDEO

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub VİDEO

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub