Xızıda avtomobil və 40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs saxlanılıb VİDEO
Xızı, 5 fevral, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Emin Sadıqovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxs ifadəsində törətdiyi əməllərini etiraf edib.
Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırma aparılır.