İDMAN
Millimizin Bakıda təlim-məşq toplanışı keçiriləcək
![Millimizin Bakıda təlim-məşq toplanışı keçiriləcək](/files/2021/1/1200x630/16105475492154532665_1200x630.jpg)
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 14-dən 22-dək Bakıda 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.
AZƏRTAC xəbər verir ki, toplanışa Nərgiz Əliyeva (“Marxal”), Samirə Aşırova (“Balxurma”), Lamiyə Əlizadə (8 - iOEUGiM), Nazar Tanrisever (“Kayseri Gencler Birliği”, Türkiyə), Ləman Niftəliyeva (“Fidan”), Nigar Mirzəliyeva (“Balxurma”), Coşqunə Əliyeva (“Marxal”), Neslihan Bozkaya (“Kemer”, Türkiyə), Nigar Əhmədova (8 - iOEUGiM), Semanur Arzik (“Gazientep Karataş”, Türkiyə), Pərvin Səfəralıyeva (8 - iOEUGiM), Aysun Muradova, Alina Nəhmədova (hər ikisi “Balxurma”), Gizem Çetinkaya, Fatma Nur Şenses (hər ikisi “Kayseri Gencler Birliği”, Türkiyə), Leyla Ağayeva (8 - iOEUGiM), İrem Bir (“Gazientep Karataş, Türkiyə), Melike Çalışkan (“Kayseri Gencler Birliği, Türkiyə), Nəzrin Mamiyeva (8 - iOEUGiM), Aytac Feyzullayeva (“Marxal”), Fatimə Əhmədli (8-İOEUGİM), Fidan Cəfərova, Nahidə Məmmədova (hər ikisi “Marxal”) və Milana Rəhimova (8 - iOEUGiM) dəvət olunublar.