CƏMİYYƏT
Binə qəsəbəsində altı evdən oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakini Hikmət Kərimov tutulub. Araşdırma zamanı onun Xəzər rayonunun Binə qəsəbəsində altı evdən pul və məişət əşyaları oğurladığı məlum olub.
Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hikmət Kərimovun paytaxt ərazisində digər cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.