Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Aşağı Maralyan kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 3-də kəndi işğalçılardan azad edib.