Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Kürdlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu oktyabrın 20-də kəndi işğaldan azad edib.