Müdafiə Nazirliyi Füzuli rayonunun Yal Pirəhmədli kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Yal Pirəhmədli kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Yal Pirəhmədli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu kəndi noyabrın 9-da işğalçılardan azad edib.