17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş konfrans keçiriləcəkdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi konfrans keçiriləcəkdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirin təşkilatçıları AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutudur.
Konfransda “İnformasiya cəmiyyətinə aparan yol”, “Əşyaların interneti: mahiyyəti, perspektivləri və problemləri”, “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqində gender indikatorları”, “İnformasiya cəmiyyətinin formalaşmasında sosial şəbəkələrin rolu”, “Elektron parlament elektron dövlətin əsas komponentlərindən biri kimi”, “İnformasiyanın insana təsirinin fəlsəfi məsələləri” mövzularında məruzələr dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]