Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO
Ağdam, 9 sentyabr, AZƏRTAC
Allaha şükürlər olsun ki, bu günü bizə göstərdi. Biz illərdir bu günü gözləyirdik. Bu günlə bağlı bir arzumuz, istəyimiz vardı və nəhayət, gəlib bunu öz gözlərimizlə gördük.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdama səfər edən türkiyəli din xadimi Ersin Ayvaz deyib.
“İşğal dövründə burada edilən zülmü, insanlara verilən əziyyəti gördük. Bunun heç bir şəkildə müharibə qaydaları ilə əlaqəsinin olmadığının şahidi olduq. Çünki müharibənin də öz qaydaları var. Burada uşaq, qadın, yaşlı demədən insanların qətlə yetirildiyini, məzarların qazılaraq dağıdıldığını gördük. Ağdamda şəhidlərimizi ziyarət etdik.
Amma bütün bunlarla yanaşı, burada böyük yeniliklərin və dəyişikliklərin də şahidi olduq. Hər şeyin əvvəlkindən daha yaxşı olduğunu gördük. Dövlətin gücünü, insanların birliyini və sevgisini gördük. Allaha şükürlər olsun ki, Rəbbim bizə bu günü görməyi nəsib etdi. Bu gün biz burada xəyalımızı reallaşdırırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq və uzun ömür nəsib etsin. Allah birliyimizi daim qorusun”, - deyə din xadimi bildirib.