Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin üç İşçi qrupunun üzvlərinin Füzuli-Şuşa-Hadrut marşrutu üzrə səfəri gerçəkləşib VİDEO

Füzuli, 31 iyul, Aydın Yavərzadə, AZƏRTAC

İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qrupları işğaldan azad edilmiş ərazilərə səfəri zamanı görülən işlərlə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonuna səfərdə iki İşçi qrupunun - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə İşçi qruplarının nümayəndələri iştirak ediblər. Səfər zamanı əvvəlcə Füzuli rayonunda yerinə yetirilən işlərə baxış keçirilib. İşçi qruplarının üzvləri Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar. AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov məlumat verib ki, ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulan hava limanında işlər davam etdirilir. Aeorovağzal binasının tikintisində beton işlərinin demək olar 80 faizi yekunlaşıb. Liman kompleksinin bu ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edilib ki, təyyarələrin qəbulu üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş zolağında üst qat adlı aşınma zolağı vurulur, 1500 metrlik hissədə 22,5 metrlik hissə yekunlaşıb. Digər hissələrdə isə konstruksiyanın alt qat layı vurulur. Sükan yolunun asfalt qatı vurulması üçün konstruskiya işləri tamamlanıb, yaxın zamanlarda asfalt örtüyün çəkilməsinə start veriləcək. Həmçinin sahəsi 60 min kvadratmetr olan, 8 hava gəmisini saxlaya biləcək peronda tamamlanma işləri görülür. Bina və qruğularda da işlər davam edir. Terminal hissədə ümumi olaraq işlər 70 faiz yerinə yetirilib, metal konstruksiyası işləri 100 faiz tamamlanıb, dam örtüyündə üzlənmə işləri aparılır. Uçuşların enməsinin təmin olunması üçün aeronaviqasiya avadanlıqları alınaraq quraşdırılıb, gecə uçuşlarının idarə olunması üçün işıq-siqnalları quraşdırılır. Ümumiyyətlə işıq sisteminin 90 faizə qədəri yerinə yetirilib. Uçuş-enmə zolaqları sentyabrın 5-də tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək. Bundan başqa, asfalt örtüyünün vurulması üçün yaxınlıqda iki asfalt zavodu da inşa olunub. Limanın elektrik təminatı üçün elektrik xətti çəkilərək transformator yarımstansiyası quraşdırılıb. Bundan başqa, iki ədəd artezian quyusu qazılıb və suyun analizləri aparılıb. Aerovağzal 400 tona qədər ağırlığı olan hava gəmilərini qəbul edə biləcək.

Sonra Füzuliyə səfər edən İşçi qruplarının üzvləri minatəmizləmə əməliyyatları ilə tanış olublar. Onlar Füzuli-Hadrut yolunda minatəmizləmə prosesini izləyiblər.

ANAMA-nın əməkdaşı İdris İsmayılov bildirib ki, hazırda nəqliyyat sektoru üzrə ərazilərin minalardan təmizlənməsi yerinə yetirilir. Təmizləmə işləri üç üsulla - minatəmizləyənlər, texnika və xüsusi təlim keçmiş itlər vasitəsilə aparılır. Ümumilikdə bu günədək 3500 hektar ərazidən 20 minə yaxın mina və partlamamış digər sursat aşkar edilərək zərərsizləşdirilib.

İşçi qruplarının üzvləri minaların zərərsizləşdirilməsi prosesini də izləyiblər. Ərazidən tapılan 194 ədəd mina və partlamamış sursatın bir hissəsi partladılma yolu ilə zərərsizləşdirilib.

İdarələrarası İşçi qrupları Füzuliyə səfər zamanı Zəfər yolunda görülən işlərlə də tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Fərid Yusubov məlumat verib ki, yolun sentyabr ayında istifadəyə verilməsi planlaşdırılıb. Hazırda yolun əsas tikintisi ilə yanaşı digər tikinti işlər aparılır. Belə ki, ikinci texniki dərəcəyə uyğun inşa olunan yolun hərəkət hissəsi 7 metr, torpaq yatağı isə 11-12 metr təşkil edir. Yol üzərində 168 ədəd müxtəlif diametrli borular quraşdırılıb və yeraltı keçidlər inşa olunub. Ümumi uzunluğu 351 metr olan 4 körpünün inşası davam edir. Yol yatağında işlər demək olar yekunlaşmaq üzrədir. Yolun 0-20-ci və 40-45-ci kilometrlərində asfalt işləri görülüb. Yol üzərində 11 yerdə uzunluğu 1423 metr olan istinad divarları tikilib.

Füzulidən sonra Şuşaya səfər edən İşçi qruplarının üzvlərinə şəhərin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı məlumat verilib. Şuşada Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa avtovağzalının binasına və yol infrastrukturuna baxış keçirilib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada görüləcək işlərin baş planı barədə məlumat verib. Bildirib ki, plana əsasən bir neçə aydır intensiv işlər görülür. İlkin olaraq küçə və yol şəbəkəsi işlənib hazırlanıb və təqdim olunub. Bundan başqa, infrasturktur şəbəkəsində işlər nəzərdə tutulub ki, buraya su-kanalizasiya, elektrik şəbəkəsi və bunların plana uyğun aparılması daxildir. Həmçinin şəhərin əsas planına daxil olan zonalaşdırılmadır ki, burada əsasən yüksək sıxlıqlı, orta sıxlıqlı və kiçik sıxıqlı ərazilər, otelçilik sahəsi, həmçinin yaşıl zonalar və tarixi hissələrin məxsusi olaraq qorunma zonası ayrılır. Şəhərin şimal hissəsi Gəncə qapısı sahəsidir ki, burada turistik və tarixi zonalar, yuxarı hissədə isə daha çox yaşayış və ictimai-işgüzar zonalar olacaq. Mərkəzdə isə böyük məscid kompleksinin inşası nəzərdə tutulub. Şəhərdə inşa olunan binaların isə əsasən 4-5 mərtəbəli tikililərdən ibarət olması planlaşdırılır.

Səfərin növbəti ünvanı Xocavəndin Hadrut qəsəbəsi olub. Hadrutda 3 İşçi qrupunun - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri üzrə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İşçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərsalma, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, Ağdam və Şuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.

İdarələrarası Mərkəzin Elm, təhsil, mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərdə dövlətimizin başçısının Sərəncamı ilə aparılan sosial-iqtisadi, humanitar bərpa-quruculuq məsələlərində mərkəzləşmiş qaydada fəaliyyəti təmin etmək üçün Əlaqələndirmə Qərargahı yaradılıb və bu qərargahın nəzdində idarəetmənin daha çevik aparılması üçün bir mərkəz yaradılıb. Mərkəzdə müxtəlif İşçi qruplar fəaliyət göstərir ki, onlardan biridə Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupudur. Azad edilmiş ərazilərdə noyabr ayından bəri görüləcək tədbirlərin planlaşdırılması, layihələndirilməsi istiqamətində xeyli iş görülüb. Bu işləri daha dəqiq aparmaq üçün işğaldan azad olunmuş torpaqlarda İşçi qruplarının iclasları keçirilir.

“Biz dünən Ağdamda kifayət qədər məlumat topladıq. Ağdamın tarixi yerlərini ziyarət etdik, mədəniyyət abidələrinə baxdıq, Üzərliktəpədə olduq. Yaxın günlərdə orada da qazıntı işlərinə başlanılacaq. Ağdamda gördüklərimiz bizi çox sarsıtdı. Vaxtilə Azərbaycanın ən gözəl, inkişaf etmiş şəhərindən demək olar ki, heç nə qalmayıb. Amma biz inanırıq ki, Ağdam tarixi yaddaşımızda necə qalıbsa, gələcəkdə də çox parlaq şəhər olacaq”, - deyən Fərəh Əliyeva qeyd edib ki, İşçi Qrupunun üzvləri Ağdamda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Zəfər parkının, İşğal muzeyinin tikintisi işləri ilə tanış olub, fikir mübadiləsi aparıblar. Ağdamdan sonra Şuşada olduqlarını bildirən İşçi Qrupunun rəhbəri deyib: “Bildiyiniz kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Orada şəhər dövlət qoruğu yaradılıb. Şuşada yüzlərlə mədəni-dini abidə var. Bu abidələrin inventarlaşdırılması tamamilə başa çatıb. Biz onların hamısına baxış keçirmişik, Ağdamın da tarixi məhəllələrinə baxmışıq, orada artıq bərpa-quruculuq işləri aparılır. Bütün kompleks tədbirlər müzakirə olunub, onların hamısı toplanacaq və müəyyən rəy təqdim olunacaq”.

Hadrutda Alban məbədində olduqlarını bildirən Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub, özünün olmayanı özününküləşdirmək olub. Bu baxımdan, təbii ki, alimlərimizin, memarlarımızın, arxeoloqlarımızın üzərinə böyük iş düşür.

Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov ərazidə aparılan quruculuq və tikinti işləri barədə danışarkən söyləyib ki, 2020-ci il noyabrın 24-də Azərbaycan Prezidentinin Sərəncamı ilə Əlaqələndirmə Qərargahı və onun nəzdində mərkəz yaradılıb. Onun tabeliyində olan İşçi qrupları faəliyyət göstərir ki, onlardan biri də Şəhərsalma məsələləri üzrə İşçi Qrupudur. Gündəlik vəziyyətdə müzakirə və iclaslar aparılır. Bir çox məsələlər - əsasən ərazi planlaşdırma sənədləri, icra olunan perspektiv layihələrin nəticələri operativ qayda da həll edilir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun rəhbəri Rəhman Hümmətov isə işğaldan azad edilən ərazilərdə rabitə və telekomunikasiya işləri barədə məlumat verib. O bildirib ki, ölkə rəhbərinin bilavasitə tapşırığı və nəzarəti ilə azad edilən ərazilərdə nəqliyyat, yol, rabitə və infrasturukturun yenidən qurulması istiqamətində işlər başlanılıb və davam etdirilir. Azad edilən ərazilərdə 10-dan çox avtomobil yolunda işlər aparılır. Xüsusilə vurğulamaq lazımdır ki, Horadiz-Ağbənd və Ağdam-Bərdə dəmir yolu xəttində də işlər davam edir. Həmçinin rabitə infrastruktrunda da böyük işlər görülüb. 1400 kilometrdən çox optik kabel çəkilib.

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin sədr müavini Nüsrət Süleymanov qeyd edib ki, ölkə rəhbərinin müvafiq Sərəncamına uyğuna olaraq yaradılan Əlaqələndirmə Qərargahını çərçivəsində İşçi qrupları fəaliyyətini davam etidirir. Qərargahın nəzdində 11 İşçi qrup var, 72 dövlət qurumunun 150-dən çox nümayəndəsi təmsil olunur. Daha öncə bu qruplar öz fəaliyyətini Bakı şəhərində yerinə yetirirdisə, qəbul olunan qərara əsasən artıq iclaslar işğaldan azad olunan ərazilərdə yerinə yetirilir. Bu səfərlərdə əsas məqsəd ərazilərdə praktik olaraq görülmüş işlərlə tanışlıqdır və bu proses görülən işlərin sıx şəkildə əlaqələndirilməsini təmin edir. Əlaqələndirmə Qərargahı çərçivəsində görülən bütün işlər ölkə rəhbərinin müvafiq göstəriş və tapşırığına əsasən yerinə yetirilir və İşçi qruplar gündəlik qarşıya qoyulan işlərin yerinə yetirilmsini davam etdirir.

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin üç İşçi qrupunun üzvlərinin Füzuli-Şuşa-Hadrut marşrutu üzrə səfəri gerçəkləşib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib