1939-cu ildə istehsal olunan “Alfa Romeo” hərracda 16,7 milyon avroya satılıb
Bakı, 11 fevral, AZƏRTAC
1939-cu ildə istehsal olunan nadir “Alfa Romeo 8C 2900 B Touring Berlinetta” avtomobili Parisdə keçirilən qədim avtomobillər hərracında 16,7 milyon avroya satılıb.
AZƏRTAC Fransa KİV-lərinə istinadla xəbər verir ki, amerikalı kolleksiyaçının satın aldığı avtomobil əla vəziyyətdə olub və istehsal edildiyi vaxtdan indiyədək cəmi 65 min kilometr məsafə qət edib.
“Artcurial” satış evi tərəfindən təşkil olunan “Retromobile” sərgisində ümumilikdə 150 avtomobil nümayiş edilib. Onların arasında 1953-cü ildə istehsal edilən “Maserati”, 1960-cı illərin “Ferrari”, 1962-ci ilin “Aston Martin” avtomobilləri və bir sıra başqa bahalı avtomobillər yer alıb.
Qeyd edək ki, “Alfa Romeo 8C 2900 B Touring Berlinetta” avtomobilindən cəmi 50 ədəd istehsal edilsə də, onlardan yalnız 5-i bizim dövrümüzə qədər gəlib çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]