İDMAN


2021-ci ildə keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarında iştirakçıların sayı artırılacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci ildə keçiriləcək dünya kuboku yarışlarında iştirakçıların sayını artıracaq.

AZƏRTAC xəbər verir ki, növbəti dünya kuboku yarışlarında 206 şahmatçının birincilik uğrunda mübarizə aparması nəzərdə tutulub. İlk mərhələdə 156 şahmatçı mübarizə aparacaq. Onlardan 78-i növbəti mərhələyə adlayacaq. Daha sonra reytinqdə ilk 50-likdə qərarlaşan şahmatçılar mübarizəyə qoşulacaq.

Hazırda Xantı-Mansiyskdə keçirilən dünya kuboku yarışlarında 128 şahmatçı birincilik uğrunda yarışır. Turnir 7 dövrədən ibarətdir. Oktyabrın 4-də yekunlaşacaq turnirin ümumi mükafat fondu 1,6 milyon ABŞ dolları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.