2030-CU İLƏDƏK DÜNYADA ATOM ELEKTRİK STANSİYALARININ SAYI 60 FAİZ ARTACAQDIR
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) baş direktorunun müavini Yuri Sokolov Koreyada atom enerjisindən istifadəyə başlanmasının 30 illiyi münasibətilə keçirilən mərasimdə bildirmişdir.
Hazırda dünyanın 30 ölkəsində təxminən 440 atom elektrik stansiyası vardır. Onların əksəriyyəti inkişaf etmiş ölkələrdədir. ABŞ-da 103, Fransada 59, Yaponiyada 55, Rusiyada 31 AES fəaliyyət göstərir.
Dünyada istehsal olunan elektrik enerjisinin 16 faizi atom elektrik stansiyalarının payına düşür. Müxtəlif ölkələrdə bu göstəricilər xeyli fərqlidir. Fransada istehlak olunan elektrik enerjisinin 78 faizini, Çində isə cəmi 2 faizini AES-lər istehsal edir. Son vaxtlar enerji asılılığının artması ilə əlaqədar Asiya ölkələri yeni enerji mənbələri axtarır, yeni AES-lər tikirlər.
BAEA-nın nümayəndəsi demişdir ki, atom enerjisi heç də dünyanın bütün ölkələrinin seçimi deyildir. Ancaq bu stansiyalardan yenicə istifadə etməyə başlayan ölkələr nüvə qurğularının təhlükəsizliyinə, nüvə materiallarının etibarlı mühafizə olunmasına diqqət yetirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]