20 Yanvar hadisələri tariximizin qəhrəmanlıq səhifəsidir
Tovuz, 10 yanvar, Famil Quliyev, AZƏRTAC
Yanvarın 9-da Tovuzda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuzdakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixinin şərəfli səhifəsi, müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu bildirib.
Vurğulanıb ki, qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib və bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Məhz ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Digər çıxış edənlər bu qanlı hadisədən 28 il keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni heç vaxt unutmayacağını söyləyiblər.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.