Qadın voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb VİDEO
Konya, 8 avqust, Səxavət Quliyev, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan yığmamız ilk görüşündə Seneqal millisi ilə qarşılaşıb.
Karatay Konqres və İdman Mərkəzində keçirilən oyunda millimiz 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbə qazanıb.