BMT-nin eksperti: Müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür VİDEO
Nyu-York, 21 iyun, AZƏRTAC
“Dünyada olan müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfransda iştirak edən təşkilatın idarəçilik üzrə eksperti Karlayl Korbin deyib.
“Hər zaman eyni mövqedə olan insanlarla bir araya gəlib müzakirələr aparmaq mümkün olmur. Hekayələri dinləmək, ən əsası da birgə strategiyaları inkişaf etdirmək çox gözəl addımdır və Bakı Təşəbbüs Qrupu bunu edir. Ümid edirik ki, bu təmaslar davamlı olacaq”, - deyə BMT-nin eksperti bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York