Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əzəl çərşənbə” və ya “Sular Novruzu” VİDEO

“Əzəl çərşənbə” və ya “Sular Novruzu” VİDEO

Lənkəran, 25 fevral, İsmayıl Cəfərli, AZƏRTAC

Bu gün Novruzun dörd çərşənbəsindən birincisi, yazın ilk müjdəçisi olan Su çərşənbəsidir. Su çərşənbəsi suya tapınma ilə bağlıdır. Bu gün su üzərindən atlanar, suya arzular danışılar və bulaq başından evə su aparılar. Bu çərşənbədə su hövzələrində abadlıq işləri görülür, arxlar qaydaya salınır. Bayrama hazırlıqlar Su çərşənbəsi ilə başlayır, su ilə bağlı müxtəlif şənliklər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu il Su çərşənbəsi fevralın 25-nə, Od çərşənbəsi martın 4-nə, Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir.

Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu” kimi də tanınır. İlk çərşənbənin su ilə əlaqələndirilməsi təsadüfi deyil. Məlumdur ki, bütün mifik görüşlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən inam obyekti qismində çıxış edir. Su olan yerdə həyat da var. Su çərşənbəsində suyun müqəddəsliyi ifadə olunur.

Çərşənbələri həyat üçün önəmli dörd ünsürlə - Su, Od, Yel və Torpaqla əlaqələndiriblər. İnanca görə, Novruz çərşənbələrində baharın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır. Bu çərşənbədə su ətrafında müxtəlif mərasimlər keçirilir. Filologiya elmləri doktoru, professor, folklorşünas-alim Yadulla Ağazadə deyir ki, türk mifologiyasında suyun müqəddəsliyi ilə bağlı bir çox inanc mövcuddur: “Xalqımızın əski mifoloji inamlarına görə, qışın son günləri iki hissəyə bölünür: çillələrə və ilaxır çərşənbələrə. İlaxır çərşənbələr dünyanın yaranmasını əks etdirir. Bunun ilk əsas əlaməti Su çərşənbəsi ilə bağlıdır. Su çərşənbəsində insanlar su tanrısı Avanın şərəfinə nəğmələr oxuyurlar və bu, həm də özünü bir sıra mifoloji ayinlərdə göstərir. Məsələn, Koroğlu dastanında dərya atının ortaya çıxmasını, İlaxır çərşənbə günü çeşmədən su içilməsini və bu su ilə bağlı insanlara qüvvət gəlməsini görürük. Su çərşənbəsi Böyük çillənin və Kiçik çillənin sonunda özünü göstərən Xıdır Nəbi bayramından sonra gəlir. Xıdır Nəbi boz atı ilə qışın şaxını sındırır və bununla da istiliyi, Günəşi gətirir”.

İnanca görə, bu çərşənbədə sular təzələnir. Gün doğmazdan əvvəl kənd yerlərində hər kəs bulaq başına gedər, əl-üzünü yuyar, su üstündən tullanar, bir-birilərinin üzərinə su çiləyərlər. Bulaqdan gətirdikləri sudan çay dəmləyərlər. Qədim zamanlarda həmin gün bulaq başında toplaşar, suyun müqəddəsliyini, qüdrətini, gözəlliyini tərənnüm edən nəğmələr oxuyarmışlar. Professor Yadulla Ağazadə bildirir ki, şifahi xalq yaradıcılığında bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri, məsəllər var. Məsələn, “Su bardağı suda sınar”, “Su axar çuxurun tapar”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Yol böyüyündür, su kiçiyin”, “Yuxuda su görmək aydınlıqdır”. İnsanlar çərşənbə günü su arxlarını təmizləyir, ağacların diblərini yumşaldır və suyun önünü açırlar.

“Gün çıx, gün çıx! Kәhәr atı min, çıx!” deyimində olduğu kimi,

Gün getdi su içməyə, qırmızı don biçməyə,

Gün özünü yetirəcək, keçəl qızı aparacaq, saçlı qızı gətirəcək.

Saçlı qız heç şübhəsiz ki, bahardır və Günəşin şəfəqləri saçlı qıza bənzədilib”, - deyən A.Yadulla qeyd edib ki, xalq arasında bu əziz gecədə fallar açılır. Bunun hamısında sudan istifadə olunur. Bundan başqa, evə gətirilən su hər tərəfə, eləcə də xəstələrin üzərinə çilənir. Bununla da Su çərşənbəsinin şəfaverici amil olduğu özünü göstərməkdədir.

Su çərşənbəsində həyətlərdə tonqal qalanır. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsinin, qışın sonunun yaxınlaşmasının, sərt soyuqların arxada qalmasının əlamətidir. Beləliklə, əbəs yerə Su çərşənbəsini Novruz çərşənbələrinin gözəli adlandırmayıblar. Bu çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək, ümmanlarda qərq olmaq aydınlıqdır. Ömrünüz su qədər saf, təmiz və aydınlıq içində keçsin!

 

“Əzəl çərşənbə” və ya “Sular Novruzu” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək