Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Xiyabanda uyuyan şəhidlərin məzarlarına gül-çiçək dəstələri qoyulub, onların xatirəsinə ehtiram ifadə olunub.